Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birində oğurluq hadisəsi olub. Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birində oğurluq hadisəsi olub.

Keçmiş məhkum gözəllik salonundan oğurluq etdi

Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birində oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini, əvvəllər məhkum olunan Səbinə Rzayeva oranın sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb.

S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub.