31 yaşlı kişi özünü asdı

Abşeron rayonunun Qobu qəsəbəsində intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1986-cı il təvəllüdlü Məmmədov Natiq Mübariz oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (yəni özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az