Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Maşın piyadanı vurdu - Binədə

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 18-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Kəngərli rayon sakini Vaqif Camalov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Röyfət Novruzovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.