Gəncə şəhərində 15 yaşlı qız pilləkəndən yıxılaraq ağır xəsarət alıb. Gəncə şəhərində 15 yaşlı qız pilləkəndən yıxılaraq ağır xəsarət alıb.

15 yaşlı qız bədbəxt hadisə nəticəsində...

Gəncə şəhərində 15 yaşlı qız pilləkəndən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 2002-ci il təvəllüdlü Süleymanov Fidan Ərəbxan qızı yaşadığı fərdi evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Yaralı yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər yaralıya tibbi yardım göstərdikdən sonra onu travmatologiya şöbəsinə yerləşdiriblər. Hazırda xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az