Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağır yol qəzası - Ölən və yaralanan var

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Alxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Babək Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.

Nəticədə sürücü B.Qurbanov və sərnişinləri - Taciəddin Qurbanov, Loğman Qurbanov və Zamiq Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan T.Qurbanov orada ölüb.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az