Bakının Səbail rayonunda piyadanı avtomobil vuraraq öldürüb. Bakının Səbail rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Bakıda makleri avtomobil vurdu

Bakının Səbail rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, Azərbaycan prospektində, yol kənarında dayanan 1965-ci il təvəllüdlü Həsən Vəliyevi minik avtomobili vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, H.Vəliyev hadisə yerinə yaxın ərazidə ev alqı-satqısı ofisində dəllal işləyirmiş.

AzNews.az