43 yaşlı kişi özünü asdı - Bakıda

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 38, mənzil 36 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü Makeyev Mixail Anatoliyeviç yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az