Qusar rayonunda intihar hadisəsi baş verib. Qusar rayonunda intihar hadisəsi baş verib.

33 yaşlı kişi özünü talvardan asdı

Qusar rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə mayın 25-də axşam saatlarında rayonun Çağar Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Mahir Məbulla oğlu özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az