Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib. Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

Ərindən boşanan qadın özünü oğlunun kəməri ilə asdı

Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

"Report"un Şimal bürosunun məlumatına göər, hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan bildirib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.

AzNews.az