Cəlilabad rayonunda 1 yaşlı uşaq yük maşınının altında qalıb. Cəlilabad rayonunda 1 yaşlı uşaq yük maşınının altında qalıb.

Cəlilabadda 1 yaşlı uşağı əmisi öldürüb: “Alı gizlincə dəfn edilib”

Cəlilabad rayonunda 1 yaşlı uşaq yük maşınının altında qalıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 23-də Cəlilabad rayonunun Ləkin kənd sakini Məzahir Quliyev həyətində idarə etdiyi “QAZ-53” markalı avtomobillə 1 yaşlı oğlu Alını vurub. Uşaq elə oradaca ölüb.

Ləki kənd sakinlərinin AzNews.az-a verdiyi mulumata görə, 1 yaşlı uşağı atası deyil, əmisi öldürüb: “Məzahir Quliyev uşağın atasıdır. Uşağı isə Məzahir Quliyevin qardaşı İbrahim Quliyev öldürüb. İbrahim Quliyev sahədən evə ot gətirib. Həmin anda uşaq maşının altında qalıb. Həkim çağırıblar, amma uşaq elə oradaca ölüb.”

Kənd sakinlərinin sözlərinə görə, hadisə olandan sonra hüquq-mühafizə orqanlarına məlumat verilmədən 1 yaşlı uşaq dəfn olunub: “Atası qardaşından şikayətçi olmayıb. Bundan isə polis məlumat tutub. Hazırda məsələ ilə bağlı tədqiqat gedir.”

Bahar RÜSTƏMLİ

AzNews.az