Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb. Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb.

İki avtomobil toqquşdü - Xəsarət alan var

Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib.

“Mercedes” markalı minik avtomobil qarşıdan gələn “Ford” markalı yük avtomobil ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az