Qaxda 9-cu sinif şagirdini maşın vurub. Qaxda 9-cu sinif şagirdini maşın vurub.

9-cu sinif şagirdini maşın vurdu

Qaxda 9-cu sinif şagirdini maşın vurub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Qaxbaş kənd sakini 1994-cü il təvəllüdlü Turan Gündüz oğlu Əliyev idarə etdiyi “Nissan” markalı 10 EO 455 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Qax şəhər sakini, 2002-ci il təvəllüdlü Vüsal Əfqan oğlu Abdulzadəni vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaşlı Vüsal Abdullazadə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Qax MRX-dan bildirilib ki, Qax şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olan Vüsal Abdulzadə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az