Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub- Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.