Bakıda 627 metr uzunluğunda metal borular oğurlayan şəxs tutulub.APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Qala qəsəbəsi ərazisinə yeni çəkilmək üçün gətirilən 627 metr uzunluğunda metal boruları oğurlayan Yevlax rayon sakini Nicat İsmayılov tutulub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az