Lerikdə 3 geyim mağazası yanıb

Lerik rayonunda geyim mağazaları yanıb

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilən, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 2:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.