Bu gün Bakıda polis avtomobilinin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Bu gün Bakıda polis avtomobilinin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Polis avtomobili “Porsche” ilə toqquşdu - Bir polis öldü, bir neçəsi yaralandı + Yenilənib 2

Bu gün Bakıda polis avtomobilinin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az xəbər verir ki, qəza polis serjantı, 24 avqust 1992-ci ildə anadan olmuş Zeynallı Emin Adil oğlunun idarə etdiyi 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobilin “SOCAR” yanacaqdoldurma məntəqəsinə dönməsi zamanı baş verib.

Məlum olub ki, Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo”ya arxadan yüksək sürətlə çırpılan 10 VV 155 dövlət qeydiyyat nişanlı “Porsche Cayenne”i Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib.

Bu arada məlum olub ki, qəzada ölən Emin Zeynallı 1 il imiş ki, polis sıralarında xidmətə başlayıbmış.

***

12:53

Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı cinayət işi açılıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

11:19

Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, qəzada ölən polis əməkdaşı 1992-ci il təvəllüdlü Zeynallı Emin Adil oğludur.

Qeyd edək ki, qezanın görüntülərini Orxan Məmmədli adlı facebook istifadəçisi öz səhifəsində paylaşıb.

AzNews.az