Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasından oğurluq olub. Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasından oğurluq olub.

İcra Hakimiyyətindən 5 kondisioner oğurlanıb

Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasından oğurluq olub.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

AzNews.az