Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb. Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.

16 yaşlı məktəbli ofisiantı bıçaqladı

Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib.

Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

Yaralı ətrafdakıların köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada "Report"un yerli bürosunə verilıən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb.

Faktala bağlı araşdırmalara başloanılıb.

AzNews.az