Bakıda taksi sürücüsü müştəriyə qarşı dələduzluq edib. Bakıda taksi sürücüsü müştəriyə qarşı dələduzluq edib.

Taksi sürücüsü müştərini belə aldatdı - Bakıda

Bakıda taksi sürücüsü müştəriyə qarşı dələduzluq edib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsi 68 saylı binada yaşayan 1983-cü il təvəllüdlü Əsədov Taleh Seyfəddin oğlu poliə müraciət edərək bildirib ki, həmin ünvanın qarşısında markasını və nömrəsini bilmədiyi taksiyə əyləşib. Sifariş verdiyi ünvana çatan müştəri sürücüyə 4 manatlıq gediş haqqını çıxması üçün 50 manat verib. Lakin müştərinin artıq maşından düşdüyünü görən sürücü qalıq 46 manatı verməyərək maşınla ərazidən uzaqlaşıb.

Müraciət əsasında araşdırma aparılır.