Ağsuda yanğın hadisəsi qeydə alınıb. Ağsuda yanğın hadisəsi qeydə alınıb.

Ağsuda yanğın oldu, xəsarət alan var

Ağsuda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Ağsu rayonu, Gürcüvan kəndində vətəndaşa məxsus “URAL” markalı yük avtomobilinin yanar hissələri, avtomobilin banına yığılmış 3 ton ot bağlamasının 2 tonu, yaxınlıqda olan digər vətəndaşa məxsus ümumi sahəsi 39 m2 olan tövlənin yanar konstruksiyaları, və ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.