Tovuzda zəhərlənmə olub. Tovuzda zəhərlənmə olub.

Ana və körpəsi zəhərləndi - Toyuq damını...

Tovuzda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 1987-ci il təvəllüdlü Əliyeva Şəlalə və onun 2 aylıq oğlu Süleyman Sadıqov zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə qadın həyətlərində olan toyuq damını dərmanla dezinfeksiya etdikdən sonra zəhərlənib. O, iki aylıq körpəsini əmizdirdiyi üçün uşaqda da zəhərlənmə əlaməti olub.

AzNews.az