- Köhnə - Hadisə
- 25 İyul 2017 22:26
- 2 719
Gədəbəy sakini kafedə yeyib-içdiyi tanışı tərəfindən bıçaqlanıb
Gədəbəy sakini bıçaqlanıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Əmiraslanlı kənd sakini 1981-ci il təvəllüdlü Səfərov Nizami Hüseyn oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxnaya yerləşdirilib, əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, N.Səfərov tanıdığı şəxslə kafedə yeyib-içdikdən sonra onların arasında dava olub və N.Səfərov bıçaqlanıb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.