Yük maşını minik maşını ilə toqquşdu - Yaralananlar var

Bakı-Qazax avtomobil yolunda pindir daşıyan yük maşını minik maşını ilə toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında, Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Dövlət nömrə nişanı 09-AC-344 olan "Hundai" markalı yük maşını sürətlə hərəkətdə olan zaman "Mercedes" markalı minik avtomobilə ilə toqquşub. Nəticədə içərisində 3 sərnişin olan "Mercedes" zərbənin gücündən yoldan çıxaraq aşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı "Mercedes" markalı avtomobildə olan 3 sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az