Çelyabinsk vilayətində meteoritin qırıntılarının düşməsindən xəsarət alanların sayı 150 nəfərə çatıb. Çelyabinsk vilayətində meteoritin qırıntılarının düşməsindən xəsarət alanların sayı 150 nəfərə çatıb.

Meteorit 150 nəfəri yaralayıb

Çelyabinsk vilayətində meteoritin qırıntılarının düşməsindən xəsarət alanların sayı 150 nəfərə çatıb.



Bu barədə "RİA Novosti"-yə Rusiya DİN mətbuat xidmətindən xəbər verilib.

"Vətəndaşların müraciət etdikləri müddətdə zərərçəkənlərin sayı artıb, hazırda onların sayı təxminən 150 nəfər təşkil edir", - məlumatda bildirilib.

***
Zərbə nəticəsində zavodun inzibati binalarının pəncərələri qırılıb, dörd nəfər yüngül yaralanıb.

Hadisə nəticəsində Çelyabinskdə bir neçə evin də şüşələri sınıb. Fövqəladə Hallar Nazirliyi regionda radiasiya fonunun normada olduğunu bildirir.

Qeyd edək ki, bu gün səhər saatlarında Çelyabinskdə meteor yağışı adlanan təbiət hadisəsi müşahidə olunub. Bolidlərin əksəriyyəti atmosferdə yansa da, böyük bir meteor parçası Çelyabinsk ərazisində, Satka rayon mərkəzindən 80 kilometr uzaqda yerə düşüb.

AzNews.az