Göygöldə ölüm hadisəsi baş verib. Göygöldə ölüm hadisəsi baş verib.

53 yaşlı kişi iş başında öldü

Göygöldə ölüm hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi, 1964-cü il təvəllüdlü Tağıyev Nurəddin Novruz oğlu səhər saatlarında ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N. Tağıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Tağıyev məişət tullantıları yığan zaman ehtiyatsızlıq nəticəsində dərəyə yıxılaraq ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.