23 yaşlı oğlan çayda boğuldu

Ağstafa sakini Kür çayında boğulub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə çayın rayonun Qıraaq Kəsəmən kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1994-cü il Fəyyaz Haqverdi oğlu Babayev çayda çimərkən boğulub.

Onun cəsədinin axtarışları davam etdirilir.

AzNews.az