Masallıda yanğın

Masallı rayonunda yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Alvadı kəndində qeydə alınıb. Kənd sakini Ədalət Cəbrayılova məxsus iki mərtəbəli yaşayış evində naməlum səbəbdən yanğın baş verib. Dərhal hadisə yerinə Masallı Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomaşını cəlb olub. Yanğın söndürülüb.

Fakt araşdırılır.

AzNews.az