Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“KaMAZ” “Mercedes”lə toqquşdu - Yaralananlar var

Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil "KaMAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Onlardan biri - 1971-ci il təvəllüdlü Göyçay rayon sakin Qəfərov Şahbaz Şahbalı oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına, digər 2 yaralı isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

AzNews.az