SABİQ MİLLƏT VƏKİLİNİN DAHA BİR MÜLKÜ MÜƏYYƏN EDİLDİ SABİQ MİLLƏT VƏKİLİNİN DAHA BİR MÜLKÜ MÜƏYYƏN EDİLDİ

Gülər Əhmədovanın milyonlarına həbs qoyuldu - SİYAHI

SABİQ MİLLƏT VƏKİLİNİN DAHA BİR MÜLKÜ MÜƏYYƏN EDİLDİ



Barəsində həbs qəti-imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədovaya məxsus olan daha bir neçə obyektləri müəyyən edilərək onlara həbs qoyulub. AzNews.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı keçmiş millət vəkilinə məxsus olan 10-a yaxın yeni obyekt aşkarlanıb. Siyahıya Metronun 28 May stansiyasının yaxınlığında yerləşən sahəsi 110 kvadrat metr olan "Əziz" kafesi başçılıq edir. Lider telekanalının yaxınlığında yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsinin də bütünlüklə G.Əhmədovaya malik olduğu müəyyən edilib. Bundan başqa keçmiş millət vəkilinin Şıxovda, təhsil naziri Misir Mərdanovun bağ evinin qonşuluğunda yerləşən 50 sot ərazidə bağ evi də varmış.
Elmlər Akademiyası metrostansiyasının yaxınlığında, Hüseyn Cavid 85 ünvanında yerləşən "Romeo" gözəllik salonu G.Əhmədovanın yeni obyektləri arasındadır. Lider telekanalının yaxınlığında içi tikinti materialları ilə dolu iki anbar da Gülər Əhmədovaya məxsus olub.

Qeyd edək ki, bundan əvvəl də AzNews.az G.Əhmədovaya məxsus obyektlərin siyahısını təqdim etmişdi. Müsadirə edilmək üçün məhkəməyə təqdim olunacaq əmlakların siyahısında sabiq deputatın mərkəzdə olan 9 mənzili, 4 böyük bağ evi və 4 iri sahəli obyektinin olduğunu bildirmişdik. Adı bəlli olan obyektlərdən biri Yasamaldakı "Məkan" restoranıdır. Sabiq deputatın digər obyekti isə Tbilisi prospektində "Həyat Recens" oteli ilə üzbəüz "Pivnuşka" (pub) kafesidir.

Sonuncu dəfə isə Gülər Əhmədovanın Bakının mərkəzində, "İçərişəhər" metrosunun yaxınlığında qadın gözəllik mərkəzi kimi fəaliyyət göstərən "Beauty center" salonu istintaq qrupu tərəfindən ələ keçirilib.
Elnur
AzNews.az