19 yaşlı qızı “Honda” vurdu

Bakıda 19 yaşlı qızı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.

Su İdman Sarayının qarşısından yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Hacıyeva Aynur Samir qızını "Honda" markalı avtomobil vurub. Xəsarət alan A.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az