- Köhnə - Hadisə
- 21 Avqust 2017 15:30
- 2 608
Rusiya səfirliyinin avtomobili qəzaya düşdü - Bakıda
Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb. Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az