- Köhnə - Hadisə
- 25 Avqust 2017 11:22
- 3 279
50 yaşlı kişini maşın vurdu - Bakıda
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini Teymur Hüseynov idarə etdiyi “Renault” markalı maşınla yolu keçmək istəyən, 1967-ci il təvəllüdlü Fazil Hüseynovu vurub. Piyada aldığı xəsarətdən ölüb.
Sürücü hadisə baş verəndən sonra qaçsa da, həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
AzNews.az