Ağsuda yanğın hadisəsi baş verib. Ağsuda yanğın hadisəsi baş verib.

1500-dən çox ot yanıb məhv olub - Video

Ağsuda yanğın hadisəsi baş verib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, gecə saatlarında Ağsu rayonunun Yenilik kəndində Nazim Eyvazova məxsus ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanıb.

Nazim Eyvazov (zərərçəkən) : "Çox güman ki, elektrikdən olub. Qısaqapanmadan yanıb. 1500-dən çox ot yanıb məhv olub".

Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olub.

Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.