Azərbaycanda jurnalistlər polis əməkdaşlarını şantajla hədələyiblər Azərbaycanda jurnalistlər polis əməkdaşlarını şantajla hədələyiblər

Azərbaycanda jurnalistlər polisi hədələdilər

Azərbaycanda jurnalistlər polis əməkdaşlarını şantajla hədələyiblər



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 16-da saat 09.50 radələrində, Bakı-Qazax yolunun 267-ci km-də, Bakı şəhər sakini Rövşən Qafarov "Saipa" markalı avtomaşını idarə edərkən, yol-hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman avtomaşında olan sərnişinlər Xuraman Quliyeva, Ayaz Əmirov və Təbriz Dəmirov özlərini "Korrupsiya və Qanun" qəzetinin baş redaktoru, redaktor müavini və müxbiri kimi təqdim edərək, kamera vasitəsilə polis əməkdaşlarını çəkib, onları işdən azad etdirəcəkləri ilə hədələyiblər.

Faktla əlaqədar prokurorluq tərəfindən araşdırmalar aparılır.

AzNews.az