Göygöl sakini intihara cəhd edib. Göygöl sakini intihara cəhd edib.

24 yaşlı qız özünü yandırdı

Göygöl sakini intihara cəhd edib.

APA-nın verdiyi məlumata görə, hadisə bu gün rayon Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Ayşən Babayeva üzərinə neft tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb. Yanıq xəsarətləri alan A. Babayeva xəstəxanaya yerləşdirilib. Ona başın və bədənin 2-3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AzNews.az