“Onlar getsinlər birinci öz əlifbalarını bərpa etsinlər, sonra danışsınlar” “Onlar getsinlər birinci öz əlifbalarını bərpa etsinlər, sonra danışsınlar”

Siyavuş Novruzov iranlı deputatın cavabını verdi

“Onlar getsinlər birinci öz əlifbalarını bərpa etsinlər, sonra danışsınlar”

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında millət vəkili Siyavuş Novruzov iranlı deputat Mənsur Həqiqətpurun onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. Siyavuş Novruzov bildirib ki, İranlı deputat ona verdiyi suallara cavab verməyib:

"O cavabda soyad məsələsinə toxunur. Mənim soyadım Novruzovdur. Mən bu soyadla doğulmuşam və belə getmək fikrim də var. Amma kim istəyirsə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq soyadların axırındakı sonluqları dəyişə bilər. Əlifba məsələsinə gəlincə isə, tarixən üç əsas əlifba olub. Latın, heroqlif, ərəb əlifbası. Ən qədim əlifbalardan biri də latın əlifbasıdır. Türk xalqları da miladdan əvvəl həmin əlifbadan istifadə ediblər. Onun səsləndirdiyi fikirlər məzmunsuz və əsassızdır. İranın özünün fars əlifbası olub. Sonradan bundan istifadə etməyiblər. Onlar getsinlər birinci öz əlifbalarını bərpa etsinlər, sonra danışsınlar".

AzNews.az