Tacikistan prezidenti səfirimizi qəbul edib

Tacikistan prezidenti Emomali Rahmon Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovu qəbul edib. APA-nın Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, tərəflər 2012-ci ilin iyulunda E. Rahmonun Azərbaycana səfəri zamanı imzalanmış sazişlərin və digər ikitərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Onlar bu sənədlərin həyata keçirilməsinin Azərbaycan və Tacikistan arasında münasibətləri yeni səviyyəyə çıxaracağını vurğulayıblar.

AzNews.az