İlham Əliyev “Ana Harayı“ abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisindəki "Ana harayı" abidəsini ziyarət edib. Lent.az-ın məlumatına görə, ölkə başçısı Xocalı soyqırımı zamanı erməni cəlladları tərəfindən qətlə yetirilmiş azərbaycanlıların xatirəsinə ucaldılmış abidə qarşısına əklil qoyub.

Ölkə başçısını hökumət və dövlət rəsmiləri müşayət edib. Bakı sakinlərinin "Ana harayı" abidəsi önünə axını davam edir.

AzNews.az