Abşeronda faciə: hasar bacıların üstünə aşdı

Abşeron rayonu Hökməli qəsəbəsində bədbəxt hadisə baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəsəbə sakinləri Aytən Kərimli və onun bacısı Leyla həyətdə olarkən daşdan tikilmiş hasar onların üstünə aşıb. Nəticədə Aytən Kərimli ölüb, Leyla isə xəstəxanaya yerləşdirilib.