- Köhnə - Hadisə
- 6 Mart 2013 23:28
- 1 751
Təyyarə qəzaya uğradı: 9 nəfər öldü
Lent.az-ın "RİA-Novosti"-yə istinadən məlumatına görə, nəticədə 9 nəfər həlak olub.
"MARSA qızıl hasilatı şirkəti üçün çarter reyslərini həyata keçirən yüngülmühərrikli təyyarə La-Libertad bölgəsinin Patas əyalətində yerə düşərək yanıb. Pilot, onun köməkçisi, həmçinin 7 sərnişin həlak olub" - deyə, "RPP" radiostansiyasının efirində yerli hakimiyyətin nümayəndəsi Roxer Mendosa bildirib.
İlkin məlumata görə, təyyarə elektrik ötürücü xəttinə toxunub.