Respublika Prokurorluğunun saytında səhv

www/genprosecutor.gov.az saytında prokurorluqla əlaqələr bölməsində səhv var. Tabe prokurorluqları ilə əlaqə bölməsində Sabunçu rayon Prokurorluğuna aid üç nömrədən biri səhvdir.

Belə ki, cədvəldə "müavin Xudiyev Nazim Nizami oğlu" yazılmış bölməyə qeyd olunan telefon nömrəsi əslində bir ev nömrəsidir.

AzNews.az səhvin texniki, yoxsa bilərəkdən – vətəndaşların əlaqə imkanlarını məhdudlaşdırmağa xidmət etdiyini öyrənməyə çalışıb.

Nömrə sahibinin sözlərinə görə, o bu nömrədən artıq 20 ildən çoxdur istifadə edir və heç vaxt ona zəng edib prokurorluğu soruşan olmayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Təranə Vəlizadə AzNews.az-a açiqlamasinda isə bunları deyib: "Bu, texniki səhvdir. 429 49 00 deyil, 429 49 09 olmalıdır".

Ruhiyyə
AzNews.az