Mingəçevirdə ölümlə nəticələnən yol qəzası

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərinin Heydər Əliyev prospekti ilə Xaldan şossesinin kəsişməsində Bayraq meydanında şəhər avtovağzalının yaxınlığında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib



Belə ki, Mingəçevir şəhəri saniki 1954-cü il təvəllüdlü Aydın İsmayıl oğlu İbrahimov idarə etdiyi VAZ 2107 markalı avtomobillə "Şərq giriş qapısı"ndan yüksək sürətlə şəhərə doğru hərəkət edən zaman idarəetməni itirib və əks istiqamətdə hərəkət edən Yevlax rayonu sakini 1973-cü il təvəllüdlü İbrahim Tahir oğlu Məmmədovun idarə etdiyi dövlət qeydiyyat nişansız "M" markalı yedəkli motosikleti vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü İbrahim Məmmədov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. VAZ 2107 markalı avtomobilin sürücüsü Aydın İbrahimov isə xəsarətlərlə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə nəticəsində zərbədən motosiklet bir neçə yerə parçalanıb, VAZ 2107 markalı avtomobilin
qabaq hissəsi isə tamamilə yararsız hala düşüb.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az