- Köhnə - Hadisə
- 18 Mart 2013 09:59
- 2 209
Azərbaycan vətəndaşı “Türk Hava Yollarını“ məhkəməyə verdi

Belə ki, Frankfurt şəhərindən (Almaniya) Bakıya uçarkən N.Cavadovun baqajı, o cümlədən övladlarına aldığı hədiyyələr, eynəyi və digər əşyaları yoxa çıxıb. N.Cavadov Yasamal Rayon Məhkəməsinə müraciət edərək ona dəyən 1640 avro maddi və 10 min manat mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb.
Yasamal Rayon Məhkəməsi iddianı qismən təmin edib və şirkətin N.Cavadova 500 dollar vəsait ödəməsi barədə qətnamə qəbul edib.
Bakı Apellyasiya Məhkəməsi aktı ləğv edərək yeni qətnamə qəbul edib. Yeni qətnaməyə əsasən, şirkət N.Cavadova 500 dollar vəsait ödəməlidir.
Lakin N.Cavadov bununla razılaşmır.
İşə Ali Məhkəmədə baxılacaq.
AzNews.az