Günə avto qəza xəbəri ilə başladıq

Bakının Nərimanov rayonunda "Toyota" markalı minik avtomobilinin sürücüsü qəza törədib. O, idarə etdiyi nəqliyyat vasitəsini diqqətsilzikdən yol kənarındakı beton dirəyə çırpıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Yaralıya ilk tibbi müdaxiləni FHN-nin xilasediciləri göstərib və yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Bundan başqa ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 02:09-da başa çatmışdır.

AzNews.az