Sabirabadda dəhşətli qəza- VİDEO


Bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda dəhşətli yol qəzası olub

Bu qorxunc olay nəticəsində avtomobildə olanlar həyatını itirib. Hadisə şahidlərinin sözlərinə görə, Şirvandan Sabirabada gedən yolda hərəkət edən 3 avtomobil toqquşub.

Olay şahidləri bildirdilər ki, qəza "VAZ 2107" markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində baş verib.

Sabirabad Rayon Polis Şöbəsindən deyiblər ki, baş verən qəzaya səbəb "Mercedes" markalı avtomobil, VAZ 2107 və VAZ-2115 markalı maşınların toqquşması olub. Qəza nəticəsində 2 nəfər ölüb, 2-si isə ağır yaralanıb. Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.