- Köhnə - Hadisə
- 22 Mart 2013 19:33
- 3 569
Ev yandı
Göyçay rayonunda yaşayış evi yanıb. Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə martın 22-də saat 18:00 radələrində Göyçay şəhəri, Nizami küçəsi 69 saylı ünvanda qeydə alınıb.
.1969-cu il təvəllüdlü Qasımov İlqar Ənvər oğluna məxsus, ümumi sahəsi 140 kvadratmetr olan ev yanıb. 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hadisə nəticəsində evin 64 kvadratmetrlik 2 otağı içəridəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
AzNews.az