Bakıda yanğın- Sakinlər evakuasiya edildi

Paytaxtda, Həsən Əliyev küçəsində təzə tikilmiş binada yanğın baş verib. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından xilasediciləri yanğını söndürməyə çalışırlar.

Hadisə şahidlərinin dediklərinə görə, yanğın binanın şaxtasında baş verib. Əraziyə Təcili Tibbi Yardım və Polis qüvvəsi cəlb edilib. Sakinlər binadan evakuasiya olunur.

AzNews.az