Damarlarını kəsib özünü binadan atdı - İntiharın detalları açıqlandı

Abşeronda iyulun 26-da baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində “Kristal Abşeron” yaşayış kompleksində özünü 8-ci mərtəbədən ataraq intihar edən şəxsin Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olduğu müəyyən edilib. T. Nağıyev həmin binada kirayədə yaşayırmış. O, əvvəlcə ülgüclə damarlarınıı doğrayıb, binadan özünü aşağı atıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az