- Köhnə - Hadisə
- 28 Mart 2013 08:49
- 2 077
Cəbhədə vəziyyət gərgin olaraq qalır
Cəbhə bölgəsində bir neçə istiqamətdə atəşkəs pozulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Sarıcalı və Kəngərli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az