İstirahət gönləri respublika yollarında baş vermiş yol nəqliyyat hadisələri nəticəsində 6 nəfər dünyasını dəyişib İstirahət gönləri respublika yollarında baş vermiş yol nəqliyyat hadisələri nəticəsində 6 nəfər dünyasını dəyişib

Qanlı həftəsonu: 6 ölü, 36 yaralı

İstirahət gönləri respublika yollarında baş vermiş yol nəqliyyat hadisələri nəticəsində 6 nəfər dünyasını dəyişib



Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, şənbə günü ölkə ərazisində 11 yol qəzası qeydə alınıb. Bu qəzalar nəticəsində 2 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Təkcə Bakı şəhərinin Sabunçu rayononu ərazisində, Bakıxanov qəsəbəsində 131 saylı xətt üzrə hərəkət edən "10-TG-938" nömrə nişanlı "İSUZU" markalı avtobusun aşması nəticəsində 13 nəfər yaralanıb.

Bazar günü isə ölkə yollarında 10 yol qəzası baş verib. Bu qəzalar 4 nəfərin həyatına son qoyub. Daha 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AzNews.az